EN

“Xıdırlıda açılan məktəb Türk dünyasının ortaq yaddaşıdır” – Arzu Bağırova – ÖZƏL

"Ağdam rayonunun Xıdırlı kəndində Qırğız Respublikasının dəstəyi ilə istifadəyə verilən Ayköl Manas adına orta məktəbin açılışı, təkcə təhsil infrastrukturunun genişlənməsi deyil, həm də Türk dünyasında mənəvi-mədəni həmrəyliyin canlı təzahürüdür. İyulun 3-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Xıdırlıda 1-ci mərhələsinin açılışında iştirak etdikləri bu məktəb, qırğızların timsalında qardaş xalqların gələcəyə yönəlik ortaq baxışının və tarixi yaddaşının əyani sübutudur".

Bu sözləri Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışı ilə bağlı Olaylar.az-a açıqlamasında "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırova deyib. Arzu Bağırovanın sözlərinə görə, bu məktəbdə yalnız riyaziyyat və ədəbiyyat yox, həm də mənəvi kimlik, ortaq yaddaş və mədəni bağlılıq öyrədiləcək. Çağdaş texnologiyalarla təchiz olunmuş bu təhsil ocağı, gənc nəslin biliklə silahlanması ilə yanaşı, milli ruhla yetişməsi baxımından xüsusi önəm daşıyır. Belə təşəbbüslər təkcə birgə layihələr deyil, eyni zamanda postsavaş dönəmində beynəlxalq dəstəyin və diplomatik niyyətin konkret nəticəsidir. Ağdam kimi strateji və simvolik anlamlar daşıyan rayonumuzda bu cür məktəbin açılması, sülhə, sabitliyə və inklüziv inkişafa verilən gerçək töhfədir.
"Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyi bu təşəbbüsü, təhsil sahəsində beynəlxalq həmrəyliyin və hüquqi-mədəni inteqrasiyanın bariz göstəricisi kimi qiymətləndirir. Gələcəkdə digər dost-qardaş respublikaların da bu prosesə qoşulması bizim üçün sevindirici və zəruri bir meyar olacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
23
olaylar.az

1Sources