"Fənərbağça" rəhbərliyi Marko Asensionun transferi üçün PSJ ilə razılığa gəlib.
Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" ispaniyalı futbolçuna illik 9 milyon avro məvacib təklif edib. O, isə bu məbləğin artırılmağını istəyib. Tərəflər arasında danışıqlar davam edəcək.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Asensio 2023-cü ildən PSJ-də çıxış edir. O, başa çatan mövsümün ikinci yarısını icarə əsasında "Aston Villa"da keçirib. 29 yaşlı futbolçu Birmingem klubunda 21 oyunda 8 qol vurmağı bacarıb.