EN

Kiyevə hücumlar nəticəsində 2 nəfər həlak olub, 22 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələrinin gecə saatlarında Kiyevə hücumu nəticəsində yaralananların sayı 22 nəfərə çatıb.

Bakues.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.

“Rusiyanın növbəti terroru nəticəsində yaralanan insanlar yardım üçün müraciət etməyə davam edirlər. Artıq 22 nəfərin yaralandığı məlumdur”, – o qeyd edib.

Daha əvvəl, hücum nəticəsində 2 nəfərin öldüyü, 14 nəfərin yaralandığı bildirilmişdi.

Chosen
23
2
icma.az

3Sources