“Fənərbağça” Marko Asensio üçün PSJ ilə razılığa gəlib.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul nəhəngi 28 yaşlı yarımmüdafiəçiyə illik 9 milyon avro maaş təklif edib. Lakin futbolçu bu məbləği kifayət qədər hesab etməyib və daha yüksək əməkhaqqı tələb edib.
Artıq Asensio ilə müqavilə detalları üzrə danışıqlara start verilib.