EN

Azərbaycanı Cənubi Koreyada keçiriləcək beynəlxalq turnirdə 4 parataekvondoçu təmsil edəcək

Azərbaycanı Cənubi Koreyada keçiriləcək beynəlxalq turnirdə 4 parataekvondoçu təmsil edəcək.


Parataekvondoçularımız Cənubi Koreyada Çxunçxon Açıq Çelenc Turnirində
İyulun 11-də Cənubi Koreyanın Çxunxcon şəhərində Çxunçxon Açıq Çelenc Turniri keçiriləcək. Ölkəmizi turnirdə K44 kateqoriyasında Sabir Zeynalov (58 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq) və Orxan Cəfərov (80 kq) təmsil edəcək.
Turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.
Qeyd edək ki, milli komandamızı yarışa baş məşqçi Fərid Tağızadə çıxaracaq.

Chosen
302
1
report.az

7Sources