Strasburqda Avropa Parlamentinin (AP) plenar iclasında Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyenə və onun icraçı şurasına etimadsızlıq səsverməsi baş tutmayıb.
Bakues.az “The Guardian”a istinadən xəbər verir ki, etimadsızlıq təklifi plenar iclasda təşəbbüsün səsə qoyulması üçün tələb olunan minimum 72 imzadan AP üzvlərindən 75 imza toplayan Rumıniyanın ifrat sağçı “Rumınların Birləşməsi Alyansı” partiyasının üzvü Qeorqe Piperea tərəfindən irəli sürülüb.
Yalnız 175 deputat təşəbbüsü dəstəkləyib, 360-ı əleyhinə səs verib, 18-i isə bitərəf qalıb.
Təsdiq üçün verilən səslərin ən azı üçdə ikisi və ya 720 deputatdan ən azı 361-i tələb olunur.
Asim