EN

Vaşinqtonda sanksiya planı hazırlanır: Tramp komandası senatla danışıqlarda

ABŞ prezidenti Donald Trampın komandası Rusiyaya qarşı sanksiyalara dair qanun layihəsinin necə olacağı barədə Senatla məsləhətləşmələr aparır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

“ABŞ irəliləyişin ləng getməsindən və “hər şeyin çətin olmasından” narazıdır. Tramp administrasiyası Senatla sanksiyalar haqqında qanun layihəsinin necə görünə biləcəyini müzakirə edir”, – Rubio deyib.

Bu gün, 10 iyulda Rusiya xarici işlər naziri Sergey Lavrov və Marko Rubio Kualа-Lumpurda ikitərəfli gündəliyin bütün aspektləri və beynəlxalq vəziyyət üzrə geniş formatda məsləhətləşmələr aparıblar. Görüş 50 dəqiqə davam edib.
Tərəflər münaqişələrin sülh yolu ilə həllində və Rusiya ilə ABŞ arasında əməkdaşlığın bərpasında qarşılıqlı maraqlı olduqlarını təsdiqləyiblər. Həmçinin, birbaşa hava əlaqəsinin bərpası məsələsi də müzakirə olunub. Bildirilib ki, ölkələrin xarici siyasət qurumları arasında qarşılıqlı hörmətə əsaslanan dialoq davam etdiriləcək.
Chosen
19
nocomment.az

1Sources