Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubioya Ukraynada nizamlanma üzrə yeni yanaşmanı təqdim edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı Rubio açıqlayaraq, bu barədə prezident Donald Trampı məlumatlandıracağını bildirib.
Dövlət katibinin fikrincə, Rusiyanın təklifi fərqli yanaşmadır:
"Düşünürəm ki, bu, yeni və fərqli yanaşmadır. Yenə də deyirəm, mən bunu sülhü təmin edən bir təklif kimi xarakterizə etməzdim. Biz bu ideyanı bu gün ABŞ prezidentinə deyəcəyik".
Rubio qeyd edib ki, bunu mətbuat konfransından dərhal sonra etməyi planlaşdırır.
Musavat.com