EN

Tramp Zəngəzur dəhlizinin İsveçrə şirkətinə verilməsini təklif edibmi?

ABŞ Dövlət Departamenti Trampın administrasiyasının Ermənistan və Azərbaycana Cənubi Qafqazda kommunikasiyaların açılması ilə bağlı təklif təqdim etməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, şərhdə Birləşmiş Ştatların Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsi səylərini dəstəklədiyi açıqlanıb.

"Bizim media nəşrləri ilə bağlı paylaşacaq heç bir məlumatımız yoxdur", - Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsi qeyd edib. pizza sifarişi

Bundan əvvəl Karneqi Fondunun analitiki Olesya Vardanyan iki xarici diplomata istinadən qeyd etmişdi ki, ABŞ prezidenti Donald Tramp administrasiyası Ermənistan ərazisindən Azərbaycanı Naxçıvanla birləşdirən yol ilə bağlı İrəvan və Bakıya təklif təqdim edib.

Bu mənbələrə görə, Amerikanın təklifi Avropa İttifaqının bir neçə il əvvəl yaydığı və 2008-ci il müharibəsindən sonra Rusiya ilə Gürcüstan arasında razılaşdırılmış plana əsaslanan versiyaya bənzəyir. Onun sözlərinə görə, tərəflər Abxaziya və Cənubi Osetiyanın mübahisəli bölgələrindən keçən marşrutların idarə edilməsini müstəqil İsveçrə şirkətinə verməyi planlaşdırıblar, o da sonradan bütün maraqlı tərəflərə logistika məlumatlarını ötürməyi öhdəsinə götürəcək.


Telegram kanalımız
Chosen
26
yenisabah.az

1Sources