EN

Rusiyada zavodda qəza baş verib, ölən və yaralananlar var

Rusiya Federasiyasının Volqoqrad vilayətinin Voljski şəhərindəki metallurgiya zavodunda ağır texnoloji qəza baş verib.

 

Sfera.az Rusiya KİV-ə istinadən xəbər verir ki, sexdə təmir işləri aparılan zaman borunun hermetikliyinin pozulması nəticəsində yüksək təzyiqli buxar tullantısı yaranıb.

 

İnsident nəticəsində 1 fəhlə yerindəcə keçinib, daha 4 nəfər yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. İstintaq Komitəsinin məlumatına görə, zərərçəkmişlərdən ikisinin vəziyyəti ağır, ikisinin vəziyyəti isə orta ağırdır.

 

İstintaq orqanları artıq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2-ci bəndi (ehtiyatsızlıqdan şəxsin ölümü ilə nəticələnən əməyin mühafizəsi tələblərinin pozulması) ilə cinayət işi açıb.

 

Hadisə yerində regional İstintaq Komitəsinin kriminal ekspertlərinin də daxil olduğu əməliyyat-istintaq qrupu işləyir. Müstəntiqlər qəzanın dəqiq səbəblərini və şəraitini müəyyən etmək üçün bir sıra tədbirlər həyata keçirirlər.

Chosen
41
9
sfera.az

10Sources