EN

Naxçıvanın xarici ticarət dövriyyəsi 12,6 % azalıb

Bu ilin yanvar-iyun aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 57 milyon 566 min 140 ABŞ dolları təşkil edib.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, ticarət dövriyyəsinin 5 milyon 814 min 130 dollarını və ya 10,1 faizini ixrac olunmuş məhsulların, 51 milyon 752 min 10 dollarını və ya 89,9 faizini isə idxal məhsullarının dəyəri təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 12,6 faiz, o cümlədən idxal 15,0 faiz azalıb, ixrac isə 16,0 faiz artıb.

Chosen
28
report.az

1Sources