EN

"Sabah" "Çelye"yə qalib gəlir - Yenilənir

style='margin-bottom:10px;'>

"Sabah" bu gün Avropa Liqasının 2025/26 mövsümündə mübarizəyə başlayıb.

QOL.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində evdə "Çelye" (Sloveniya) ilə qarşılaşır. “Bank Respublika Arena”da keçiriləcək matç saat 20:00-da start götürəcək. Görüşü Qazaxıstandan olan hakimlər briqadası idarə edir. 

Bu komandalar arasında cavab oyunu isə iyulun 17-də Sloveniyada olacaq. 

İki matçın cəmində üstün olan tərəf 2-ci turda  AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə yoluna Konfrans Liqasında davam edəcək və "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) cütünün qalibi ilə qarşılaşacaq.

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyunlar

10 iyul

20:00. "Sabah" (Azərbaycan) - "Çelye" (Sloveniya) - 2:1 (Fasilə)

Qol: Pavol Şafranko, 3 (1:0), Franko Kovaçeviç, 7 (1:1), Pavol Şafranko, 18 - pen. (2:1)

Hakimlər: Daniyar Saxi, Samat Terqeussizov, Sergey Klaçyo, Saken Baiymbet (Qazaxıstan)

“Bank Respublika Arena”

Chosen
11
8
teleqraf.com

10Sources