EN

Bugünkü avtobus qəzasının verdiyi riyazi mesajlar ELMİ LƏDUN

Hurriyyet saytından alınan məlumata görə, ain.az bildirir.

“Biz hər şeyi sayıb yazmışıq”. Quran, “Xəbər” surəsi

Bu gün Bakı şəhərinin Füzuli meydanı ərazisində 2 saylı marşrut üzrə işləyən 77 – JS – 491 nömrəli avtobus qarşıdan gələn maşınla toqquşaraq qəza törətdi və nəticədə yaralananlar oldu. Səhər saatlarında baş verən bu qəza çoxları üçün təsadüfi hesab oluna bilər (bəlkə elə ona görə də mətbuatda bu barədə informasiya verilmədi. Hadisənin şahidi olmasaydım, yəqin ki, mənim də xəbərim olmayacaqdı.), amma, elmi-lədun bilicisi olaraq avtobusun nömrəsi üzərində apardığım hesablamalar qəzada ciddi bir qanunauyğunluğun  olduğunu və Allahdan xəbərdarlıq mesajı olduğunu sübut edir. Məsələn:

1) Bu gün Türkiyədə baş verən 8 bal (İstanbulda 6,5 hiss olunan) zəlzələnin 77-ci günüdür ki, bu da qəzaya düşən avtobusun ilk nömrəsidir.

2) 77+491= 568

Maraqlıdır ki, bu gün Bakı bulvarında gəmi batmasının (22.12.2023 tarixdə baş verən bu qəzada 6 nəfər boğulmaqdan xilas edildi) 568-ci (!) günüdür. 

3) Ağdam-Füzuli yolunda baş verən, 20 nəfərin yaralanması ilə nəticələnən avtobus qəzasının 2-ci günüdür ki, bu da Füzuli (!) meydanında qəzaya düşən marşrutun üzərində böyük və işıqlı şəkildə yazılıb. 

4) Bu gün ilin 191-ci günüdür ki, Quran rəmzini çıxsaq alınan ədədin avtobusun nömrəsində həkk olunduğunu görərik:

191 – 114 = 77 (!)

5) Cəlilabadda (06.06.2024) baş verən, bir neçə insanın ölümü və yaralanması ilə nəticələnən avtobus qqəzasının 400-cü günüdür ki, bundan Quran rəmzini çıxsaq, alınan ədəd orjinal (Kəbədə saxlanan) Kitabın  səhifələrinin sayını götərir və hadisələrin Allahın elminə tabe olduğunu sübut edir:

400 – 114 = 286 

6) Laçında (04.01.2024) hərbçilərin qəzaya düşməsinin (2 hərbçi həlak olmuşdu) 555-ci günüdür ki, bu da Quranda tövbə və cəza rəmzi sayılır. 

Və s.

NƏTİCƏ: Bu gün Füzui meydanında baş verən avtobus qəzası təsadüfü olmayıb, yolun azmış xalqımıza və onun zülm etməkdə həddi aşan məmurlarına Allahdan xəbərdrlıqdır. Qeyd edim ki, yuxarıda sadaladığım bütün hadisəlr baş verərkən, onların Allahdan xəbərdarlıq olduğunu sübut edən hesablamaları təqdim etməklə mətbuatda yaymışdım. Görünür insanlar bu xəbərdarlıqları qulaqardına vurduqlarına görədir ki, bu gün avtobus qəzsı baş verdi və insanlar xəsarət aldılar. Millətimizin bu cür laqeyidliyi onların bir qərinə boyu məmurların zülmü altında inildəmələrinə, cəmiyyətdən xeyir-bərəkətin çəkilməsinə, xəstəliklərin artmasına, aclıq və səfalət içində yaşamalarına... səbəb olur. Bugünkü  qəzanın bir məqsədi də köhnə xəbərdarlıqları yenidən (riyazi gedişlə) yada salmaqdır ki, ağıl sahibləri ibrət alsınlar və tövbə etsinlər (ağılsızlar lap dünya dağılsa da tövbə etməzlər). 

“And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. Quran, 19:84 

Söz ardı: avtobusun gəlib yaşadığım binanın qarşısında  qəzaya düşməsi də görünür bu mesajların insanlara çatmsı üçündür (mətbuatda xəbəri getməyən bu hadisə başqa yerdə olsaydı mən onun nömrəsini görməyəcəkdim)

Dr. Paşa Yaqub, Hurriyyet.Az üçün

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
1
hurriyyet.az

2Sources