EN

Zelenski Rusiyanın müttəfiqləri üçün də sanksiyalar istəyir

BAKI, 10 iyul. TELEQRAF

"Rusiya Ukraynadakı döyüş zonasında atəşkəsə hazır deyil”.

Teleqraf xəbər verir ki, Ukrayna Prezidenti Volodiir Zelenski belədeyib.

O vurğulayıb: "Bizim kəşfiyyat, partnyorlarımızın kəşfiyyatı kimi, bütün lazımi məlumatlara malikdir - Rusiya bilərəkdən bu müharibəni uzadır. Putin real atəşkəsə nail olmaq üçün istənilən fürsəti rədd edir - o, həqiqi sülhə can atmır. O, müharibədən asılıdır və onu bu asılılıqdan yalnız real güclə tərk etməyə məcbur etmək olar.

Ona görə də Ukraynanın müdafiəsi kifayət qədər güclü olmalıdır - görüşlərimizin əksəriyyəti buna həsr olunur. Rusiyaya qarşı beynəlxalq sanksiyaların kifayət qədər sərt olması da vacibdir. Üstəlik, sanksiyalar Rusiyaya həqiqətən yardım edən hər kəsə də şamil edilməlidir".

Chosen
24
teleqraf.com

1Sources