EN

"Qarabağ" Niderland klubu ilə bir gündə iki dəfə görüşəcək

Bakı. Trend:

Son Azərbaycan çempionu "Qarabağ" bu gün Avstriyada keçiriləntəlim-məşq toplanışında daha bir rəqibi ilə üz-üzə gələcək.

Trend xəbərverir ki, "köhlən atlar" Niderland təmsilçisi "Tvente" ilə eynigündə iki görüşə çıxacaq.

Qarşılaşmalardan biri Bakı vaxtı ilə saat 17:00-da, digəri isə19:15-də start götürəcək.

Qeyd edək ki, "Qarabağ" daha öncə "Metalist" klubu iləqarşılaşıb. Görüş rəqibin 5:4 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, "Qarabağ" Avstriyadakı təlim məşq toplanışınınsonuncu yoldaşlıq matçında "Zalsburq" klubu ilə üz-üzə gələcək.Həmin oyun isə iyul ayının 15-də Bakı vaxtı ilə saat 18:00-da startgötürəcək.

Komandamızın təlim-məşq toplanışı isə iyul ayının 16-da başaçatacaq.

Chosen
279
9
az.trend.az

7Sources