EN

''Fənərbaxça'' ''Real''ın sabiq ulduzunu transfer etməyə yaxındı

Bu yay hələ ki, yalnız Con Duranın transferi ilə kifayətlənən ''Fənərbaxça'' başqa önəmli isimlərlə danışıqları davam etdirir.

Türkiyə mətbuatının yazdığına inansaq, İstanbul nəhəngi uzun müddətdi, gündəmdə saxladığı Marko Asensio ilə bağlı ciddi addımlar atmağa başlayıb.

İnsayder Yağız Sabuncuoğlunun məlumatına görə, ''Fənər'' tanınmış ispaniyalı futbolçunun müqavilə ilə məxsus olduğu PSJ ilə anlaşma əldə edib. Ancaq məbləğ barədə məlumat yoxdu. ''Sarı-lacivərdlilər'' hazırda futbolçunun özü ilə danışıqlar aparırlar. Asensio illik 9 milyon avroluq maaşı bəyənməyib və məbləğin artırılmasını tələb edib. Bu məsələdə Joze Mourinyo amili həlledici rol oynaya bilər.

Transfer dəyəri 20 milyon avro civarında olan təcrübəli futbolçunun Paris nəhəngi ilə birillik müqaviləsi qalıb. Asensio uzun illər ''Real''dakı çıxışı ilə tanınıb. 29 yaşlı futbolçu 2014-23-cü illərdə ''kral klubu''nda 3 ÇL daxil olmaqla 16 titul qazanıb.

2023-cü ildən PSJ-yə məxsus olan bu futbolçunun Paris karyerasını uğurlu adlandırmaq çətindi. Ötən mövsümün ikinci dövrəsini ''Aston Villa''da keçirən Asensio bu klubda 21 rəsmi oyunda 8 qol, 1 məhsuldar ötürməlik performans sərgiləyib.

''Fənər'' PSJ rəhbərliyi ilə Milan Şkrinyarın transferi mövzusunda da danışıqlar aparır və bu keçid də tamamlanmaq üzrədi.

Chosen
8
1
football-plus.az

2Sources