Sankt-Peterburqun "Pulkovo" hava limanı uçuş xidmətlərini dayandırıb. Bu barədə İnterfakc məlumat yayıb.
"Təyyarələrin giriş-çıxışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün zəruridir", - məlumatda deyilir.
Qeyd edilib ki, Leninqrad vilayətində PUA xəbərdarlığı elan edilib və mobil internet siqnalının qismən azalması mümkündür.
Rusiya hava hücumundan müdafiə sistemləri ölkə üzərində 155 ədəd Ukrayna PUA-sını vurub. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kurskda 53, Bryanskda 19, Smolenskdə 15, Belqorodda 14, Tulada 13, Moskva və Oryolda 11, Krımda 7, Lipetsk və Qara dəniz üzərində 4, Rostov və Kaluqa vilayətləri üzərində isə 2 ədəd PUA vurulub.
TVMusavat-ın bu gün saat 11:00-də canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Əli Mustafa ilə müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv