EN

Texnoloji inkişafdan səmərəli istifadə prosesində peşə etikası, jurnalist prinsipləri daim nəzərə alınmalıdır - Emil Məsimov

Bakı. Trend:

Biz korporativ sosial məsuliyyət çərçivəsində bu tiplitəşəbbüsləri daim dəstəkləmişik. Lakin bu, ilk dəfədir ki, mediasahəsinin peşəkarlarını bir araya gətirən bir qurumla birlikdətədbiri daha ciddi və faydalı formatda həyata keçiririk.

Trend xəbərverir ki, bunu “Azerconnect Group” baş direktoru Emil Məsimov“Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forumununaçılış mərasimində çıxışı zamanı deyib.

Baş direktor xatırladıb ki, Azərbaycan milli mətbuatının əsası“Əkinçi” qəzeti ilə qoyulub:

“Həsən bəy Zərdabinin təşəbbüsü ilə yaradılan bu qəzet millimədəni dəyərlərimizin qorunması və təbliği kimi məqsədlərə xidmətedib. Bu gün də həmin məqsəd ətrafında müxtəlif qurumlar və mediamütəxəssisləri fəaliyyətini davam etdirirlər”.

E.Məsimov vurğulayıb ki, bu tədbir sadəcə bir hesabat tədbirideyil:

“Məlumat və müşahidələrimə əsasən deyə bilərəm ki, buradaiştirak edən gənclər bu platformada media peşəkarları ilə ünsiyyətqurmaq, biliklərini artırmaq və rəqəmsallaşan media mühitindəuğurlu fəaliyyət üçün böyük imkanlar əldə edirlər.

20 illik peşəkar fəaliyyətimdə medianın təsir gücünün necəartdığını, milli və mədəni dəyərlərin formalaşmasında oynadığı roluaçıq şəkildə görmüşəm.

44 günlük Vətən müharibəsində, informasiya savaşında medianümayəndələri ön cəbhədə yer aldılar, dövlətimizin maraqlarınımüdafiə etdilər. Beynəlxalq tədbirlər zamanı baş verən qərəzlikampaniyaların qarşısını almaqda da media önəmli rol oynadı”

O əlavə edib ki, bu gün isə media ciddi transformasiyamərhələsindədir:

“Sosial şəbəkələr və onlayn platformalar vasitəsilə hər kəsgeniş auditoriyaya çıxış əldə edir. Lakin bu, məsuliyyəti dəartırır. Kütləvi informasiya vasitəsi sayılmasa da, buplatformaların geniş auditoriyaya təsiri məsuliyyət tələb edir. Butransformasiyanın aparıcı gücü isə təbii ki, bu gün burada iştirakedən gənclərdir.

Texnoloji inkişafdan səmərəli istifadə etmək hər birimizin əsasvəzifəsinə çevrilməlidir. Lakin bu prosesdə peşə etikası, jurnalistprinsipləri daim nəzərə alınmalıdır. Peşəkar jurnalistikaya həmişəehtiyac olacaq. Cəmiyyətin fikirlərini formalaşdırmaq, konseptualyanaşmalar təqdim etmək üçün bu sahənin mütəxəssislərivacibdir”.

Şirkət rəsmisinin qeyd edib ki, bugünkü görüşün formatıgənclərin media peşəkarları ilə fikir mübadiləsi aparmalarına imkanyaradır.

Chosen
50
2
az.trend.az

3Sources