EN

Fransa Ukraynaya 50 min əsgər göndərir

Vətəninfo.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron bildirib ki, Fransa atəşkəsdən sonra 50 minə qədər hərbçidən ibarət qüvvə formalaşdırmaq məqsədi ilə Ukraynada mümkün yerləşdirmə üçün Britaniya ilə birgə hərbi kontingentini artırmağı planlaşdırır.

“Biz bu müştərək qüvvələrin sayını briqada səviyyəsindən ordu korpusu səviyyəsinə qədər artırırıq. Bu, o deməkdir ki, onlar böyük münaqişədə iştirak edə biləcək 50 minə qədər əsgərə malik olacaqlar. Qüvvəyə digər Avropa ölkələrindən də əsgərlər daxil ola və NATO-ya transfer oluna bilər”, – Makron “Le Monde” nəşrinə istinadən yazır.

Nəşrin məlumatına görə, hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynada mümkün yerləşdirmə üçün Fransa və Böyük Britaniyanın birgə hərbi kontingentinin yaradılması planlaşdırılır.

Bundan əvvəl xəbər verilmişdi ki, iyunun 29-da Parisin mərkəzində Ukraynaya silah verilməsinə və Fransanın münaqişədə iştirakına qarşı kəskin etiraz aksiyası keçirilib.

Vətənpərvərlər Partiyasının lideri Florian Filipponun rəhbərliyi ilə bir neçə yüz etirazçı şəhərin əsas küçələri ilə yürüş edərək müharibədən imtina və NATO-dan çıxma tələblərini səsləndiriblər.

İştirakçılar əllərində Fransa və Rusiya bayraqları tutublar və aksiyanın sonunda Filippo sülhə və Kiyevə dəstəyi dayandırmağa çağıran NATO emblemini simvolik olaraq cırıb.

Chosen
8
veteninfo.az

1Sources