EN

Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...


ABŞ dövlət katibi Marko Rubio, Malayziyanın paytaxtı Kuala-Lumpurda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə Moskvanın Ukrayna problemilə bağlı yeni həll yolları təklif etdiyini açıqlayıb.

Təxminən 50 dəqiqəlik görüşdə tərəflər münaqişəyə son qoymaq üçün “yol xəritəsi” ilə bağlı fikir mübadiləsi aparıblar.

Rubio, "Bu təkliflər sülhə zəmanət vermir, lakin prezidentə çatdıracağım bəzi konseptual məsələlər var " ifadəsi ilə prosesin davam edəcəyinə işarə edib.

Rubio həmçinin təsdiqləyib ki, Tramp administrasiyası Senatla Rusiyaya qarşı yeni sanksiyalarla bağlı danışıqlar aparır. Rubio bəyan edib ki, Vaşinqton Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini “real variant” hesab edir. Lavrovla görüşündən sonra danışan Rubio prezident Trampın bu məsələdə çevikliyinin vacibliyini vurğulayıb. Konqresdə müzakirə olunan yeni sanksiyalar qanun layihəsində Ağ Ev, prezidentə bu tədbirlərin həyata keçirilməsi və lazım gələrsə, ləğv edilməsi məsələsində tam səlahiyyət verilməsini tələb edir. "Prezidentin ixtiyarında necə və nə vaxt tətbiq ediləcəyini müəyyənləşdirən çevik alətlərin olması danışıqlarda onun təsirini artırar" – deyə Rubio bildirib.

O da bildirilir ki, Lavrovla görüşdə Ukrayna böhranının həlli ilə bağlı Moskvanın əvvəllər tələb etdiyi neytral status, hərbi ittifaqlardan imtina, sanksiyaların ləğvi, Ukrayna ordusunun bəzi bölgələrdən çıxarılması kimi mövzulara da yenidən baxılıb. Rubio vurğulayıb ki, ABŞ münaqişəyə son qoymaq üçün real yol xəritəsi görmək istəyir.

TAHİR

Chosen
29
baki-xeber.com

1Sources