EN

Beynəlxalq Enerji Agentliyi Azərbaycanda gündəlik neft hasilatının həcmini açıqlayıb

Bu ilin iyun ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 460 min. barel səviyyəsində olub, bu da may ayının göstəricisi ilə müqayisədə 9 min barel azdır.

Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatına istinadən xəbər verir.

Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin əldə etdiyi razılaşmaya görə, 2026-cı ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.

Beləliklə, Azərbaycan bu ilin mart ayında "OPEC+" çərçivəsində kvotadan 91 min barel geridə qalıb.

Chosen
26
1
apa.az

2Sources