EN

Rusiyadan Zəngəzur dəhlizi AÇIQLAMASI: Əgər bu baş versə...

“Rusiya Federasiyası Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır”.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "İzvestiya"ya açıqlamasında bildirib.

Diplomatın sözlərinə görə, bu istiqamətdə əsas yol xəritəsi 2020 və 2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli razılaşmalarla müəyyən edilib.

"Biz hesab edirik ki, sülh müqaviləsinin hazırlanması, regionda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və ardınca demarkasiyası, habelə Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətləri və parlamentləri arasında dialoqun qurulması əsas istiqamətlər olmalıdır.
 

Təbii ki, Rusiya tərəfi üçtərəfli razılaşmaların iştirakçısı kimi onların həyata keçirilməsinə töhfə verməyə bundan sonra da hazırdır. Əlbəttə, bu, tərəflər üçün hansı formada daha rahat olacaqsa, həmin formatda reallaşacaq", — deyə Qaluzin vurğulayıb.


Qeyd edək ki, iyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqlar baş tutub. 

Bizim.Media

Chosen
30
bizim.media

1Sources