Azərbaycanın əhalisi ilin əvvəlindən 14 205 nəfər və ya 0,14% artaraq 10 milyon 239 min 94 nəfərə çatıb. Bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.
Əhalinin 54,4%-i şəhərlərdə, 45,6%-i kəndlərdə yaşayır. Cins bölgüsünə görə, 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir.