EN

“Milyarderlərin Arxa Bağçası”nda DOĞUM GÜNÜ FACİƏSİ

Baham adalarında yerləşən, təbiəti və lüks həyatı ilə tanınan Harbour adasında dəhşətli hadisə baş verib. "Far From It" adlı 520 milyon TL dəyərindəki lüks gəmidə işləyən 20 yaşlı Paige Bell 3 iyulda ölü tapılıb.

News24.az xəbər verir ki, o, eyni gəmidə işləyən 39 yaşlı meksikalı texnik tərəfindən hücuma məruz qalıb. Gənc qadın müqavimət göstərsə də, xilas ola bilməyib. 

Hadisə vaxtı Paige-in sevgilisi onun 21 yaşını qeyd etmək üçün sürpriz hazırlayırdı. Ancaq Paige tapılmadıqda, gəmidə axtarış aparılıb və dəhşətli mənzərə ortaya çıxıb.

Ailəsi böyük bir acı yaşadıqlarını bildirib və qızlarını vətənə gətirmək üçün Bahamalara yola düşüb. Bu hadisə məşhurların tez-tez getdiyi ada olduğu üçün bölgədə narahatlıq yaradıb. Təhlükəsizlik tədbirləri gücləndirilib.


Xeyrənsə Piriyeva

Chosen
31
1
news24.az

2Sources