News24 portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Baham adalarında yerləşən, lüks həyat və möhtəşəm təbiəti ilə tanınan Harbour adasında, 9,5 milyon funt sterlin (təxminən 520 milyon TL) dəyərindəki "Far From It" adlı super gəmidə baş verən qətl hadisəsi böyük səs-küy yaradıb.
News24.az xəbər verir ki, 20 yaşlı Paige Bell, gəmidə qonaq əlaqələri üzrə işləyirdi və 3 iyul tarixində makina otağında ölü tapılıb. Məlum olub ki, onu eyni yatda çalışan 39 yaşlı meksikalı texnik hücuma məruz qoyub və gənc qadın müqavimət göstərsə də, nəticəsiz qalıb. Cinayətkar qətldən sonra intihara cəhd edib, polis onu qan içində tapıb. Hazırda cinayət ittihamı ilə məhkəmə qarşısındadır.
Hadisə zamanı Paige-in sevgilisi onun üçün 21 yaş günü münasibətilə güvertədə sürpriz hazırlayırdı. Lakin Paige-ə çatmaq mümkün olmadıqda, onu axtaran işçilər qorxunc mənzərə ilə qarşılaşıb.
Ailə açıqlama verib:
“Əvəzolunmaz bir itki yaşayırıq. Valideynlər Bahamalara uçur. Qızlarını geri gətirmək və ədalət tələb etmək üçün mübarizə aparacaqlar.”
Qətl, məşhurların tez-tez tətil etdiyi, "milyarderlərin arxa bağçası" adlandırılan Harbour adasında baş verdiyi üçün hadisə bölgədə panikaya səbəb olub. Təhlükəsizlik tədbirləri artırılıb.
Xeyrənsə Piriyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.