EN

Nəriman Həsənzadə səhhətindən danışdı: “Ayaqlarım tutulub, əsa da kömək etmir”

“Ürəyim düzəlib, indi də ayağım sözə baxmır. Ayaqlarım tutulub, yeriyə bilmirəm”.

Bunu Musavat.com-a açıqlamasında 94 yaşlı Xalq şairi Nəriman Həsənzadə deyib.

O bildirib ki, ayaqlarında yaranan problemlə bağlı müalicə olunur:

“Ayaqlarımda çoxdan problem yaranıb, yeriyə, ayağa dura bilmirəm. Heç əsa da köməyimə çatmır. Addım atmaq üçün yaxınlarımın köməyindən istifadə edirəm. İndi ən böyük istəyim ayaqlarımın düzəlməsidir. Yay gəlib, bütün günü oturmaq məni yorur. Adam çölə çıxmaq, gəzmək, hava almaq istəyir.

Başım səhhətimə qarışıb, yaradıcılıq ikinci plana keçib. Çox darıxıram, ətrafdan uzaq düşmüşəm. Doğrudur, zəng edirlər, əhvalımı soruşurlar. Amma insan sərbəst yeriyə bilmirsə, heç nə onun üçün təsəlli deyil. Görək müalicələrim necə təsir edəcək”.

Qeyd edək ki, şair, dramaturq Nəriman Həsənzadə 1931-ci ildə Qazax rayonunun Poylu kəndində anadan olub. O, 1954-cü ildən bəri Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Nəriman Həsənzadə 2005-ci ildə Azərbaycanın Xalq şairi adına layiq görülüb. Görkəmli şair “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif olunub. O, bu ilin yanvar ayında ürəyindən əməliyyat olunub.

Şahanə Rəhimli
Musavat.com

Chosen
48
1
musavat.com

2Sources