EN

Sahibkarlar üçün “Ətraf mühiti idarəetmə sistemləri” mövzusunda təlim keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə sahibkarlar üçün İSO 140001 “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və tətbiqinə dair rəhbərlik” standartının mahiyyəti və üstünlükləri barədə ekspertlərin təqdimatları ilə onlayn şəkildə maarifləndirmə tədbiri keçirilib. 

Ekologiya.az bildirir ki, tədbirin keçirilməsində məqsəd müəssisələrə resurslardan effektiv istifadə edilməsi və tullantıların azaldılması hesabına özlərinin ətraf mühit performasını artırmasında, eyni zamanda rəqabət üstünlükləri əldə etməsində və maraqlı tərəflərin inam və etibarını qazanmasında ISO 14001 “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və tətbiqinə dair rəhbərlik” standartının verəcəyi üstünlüklər barədə məlumatlandırmaqdır.
30-a yaxın biznes subyektinin iştirak etdiyi təlimdə beynəlxalq standartın tələbləri və tətbiqi barədə ətraflı məlumat verilib, sahibkarların sualları cavablandırılıb. 
Qeyd edək ki, təlim Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planı çərçivəsində keçirilib.
Chosen
26
ekologiya.az

1Sources