EN

“Çınqız akılı” və “Çınqızın müdrikliyi” kitablarının təqdimatı keçirilib

Bişkekdəki T.Kasımbekov adına Mərkəzi Şəhər Kitabxanasında “Millətin ucalığında Çınqızın müdrikliyi” tədbiri çərçivəsində “Çınqız akılı” və “Çınqızın müdrikliyi” adlı iki kitabın təqdimatı baş tutub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bişkek şəhərinin Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Kulsayra Dandıbayeva qeyd edib ki, bu nəşrlər Çingiz Aytmatovun müdrikliyinin dərinliyini, mənəvi irsini və milli özünüdərkinin əhəmiyyətini əks etdirən mühüm bir işdir.

Tanınmış xadimlər öz fikirlərini bölüşərək, “Çınqız akılı” və “Çınqızın müdrikliyi” kitablarını nəsilləri birləşdirən müdriklik körpüsü kimi xarakterizə ediblər.

Təqdimatda Çingiz Aytmatovun fotoları, əsərlərindən parçalar və arxiv video materialları nümayiş etdirilib.

Kitabın müəllifi tanınmış fikir adamı və yazıçı Makelek Karmıştegin olub.

Kitabda həmçinin yazıçının qohumlarının xatirələri də yer alıb. Xüsusilə, Çingiz Aytmatovun qardaşı İlqiz Aytmatovun məqaləsində 2008-ci ilin fevral-mart aylarında Bakıda baş tutmuş mühüm hadisədən bəhs olunur. Bildirilir ki, həmin vaxt Aytmatov Azərbaycana səfər edərək Prezident İlham Əliyevlə görüşüb və ona “Dostluq” ordeni təqdim olunub. Bu səfər yazıçının 80 illik yubileyinə hazırlıq çərçivəsində keçirilib.

Kitaba həmçinin Çingiz Aytmatovun bacısı Roza Aytmatovanın, yazıçının ölkəmizə səfərindən bəhs edən məqaləsi də daxil edilib.

Nəşr Aytmatov yaradıcılığını araşdıran alimlərə, ədəbiyyat tədqiqatçılarına, ali məktəb tələbələrinə, məktəblilərə və geniş oxucu kütləsinə ünvanlanıb.

Chosen
1
1
sia.az

2Sources