EN

Roberto Olabe “Turan Tovuz”da - Rəsmi

Madrid “Atletiko”sunun sabiq futbolçusu Roberto Olabe bundan sonra “Turan Tovuz”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

İspaniyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Son olaraq “İbiza”da forma geyinmiş mərkəz yarımmüdafiəçisi Tovuz klubuna azad agent kimi keçib.

Roberto Olabe İspaniyanın “Real Sosyedad” klubunun yetirməsidir. 29 yaşlı futbolçu karyerası ərzində “Berio”, “Vilyarreal” (C), “Estremadura”, “Eybar”, “Alkorkon”, “Albasete”, “Deportivo” kimi klubların da formasını geyinib. 2023-cü ildən “İbiza”da çıxış edən yarımmüdafiəçi bu komandanın heyətində 67 oyuna 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Olabe 2016-2019-cu illər aralığında Madrid “Atletiko”sunun da formasını geyinib. O, 2018-ci ildə Madrid təmsilçisinin heyətində UEFA Super Kubokunu başı üzərinə qaldırıb. 29 yaşlı futbolçu bir mövsüm Portuqaliyada legioner həyatı yaşayıb. O, “Tondela”nın heyətində 17 oyunda meydana çıxıb.

İspaniyanın U-17 yığmasının heyətində 2 oyun keçirmiş Olabeyə sonralar milli formanı geyinmək qismət olmayıb.

Xatırladaq ki, “Turan Tovuz” daha öncə David Tavares və Abdulla Rzayevi də transfer etmişdi. İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski, Sadiq Quliyev və Orxan Əliyev isə Tovuz klubunu tərk ediblər.

Chosen
14
arena.az

1Sources