EN

Bir transfer də "Qəbələ"dən...

BAKI. 11 iyul. TELEQRAF

Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, anqolalı sağ vinger Paulo Quimbila “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.

19 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Paulonun son klubu Bəhreyn təmsilçisi “Əl-Əhli” olub.

Qeyd edək ki, “Qəbələ” bunadək Prins Ovusu və İsaak Amoahı heyətinə qatıb.

Chosen
8
teleqraf.com

1Sources