Sia Az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Son illərin dinamikası faktiki olaraq “sıfıra endirilib”...
...Rusiya iqtisadiyyatı 2025-ci ildə Ukraynadakı müharibə və artan sanksiyalar fonunda çətin vəziyyətə düşəcək.
SİA-nın məlumatına görə, National Security Journal yazır ki, uzun müddət ərzində ilk dəfə olaraq əsas məmurlar, o cümlədən Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina qarşıdan gələn tənəzzül və yeni inkişaf modelinə ehtiyac barədə açıq şəkildə xəbərdarlıq etdilər.
...Sankt-Peterburq İqtisadi Forumunda iqtisadi inkişaf naziri Maksim Reşetnikov bəyan edib ki, ölkə “resessiya astanasındadır”.
Əsas səbəblər faiz dərəcələrinin kəskin artması (20 faizə qədər), iqtisadiyyatın yavaşlaması və işgüzar əhval-ruhiyyənin pisləşməsidir.
Ən narahatedici problemlərdən biri də “pis borcların” artmasıdır.
025-ci ilin birinci rübündə şirkətlər kreditlər üzrə 3,73 trilyon rubl faiz ödəyib ki, bu da bir il əvvəlkindən 58 faiz çoxdur. Ağır sənaye və nəqliyyat sektorları xüsusilə ağır zərbə alıb. Analitiklər mümkün bank böhranının üfüqdə olduğunu xəbərdar edir.
Müdafiə sektorunda görünməmiş artım fonunda mülki istehsal pisləşir. Son illərin bütün iqtisadi dinamikası hərbi sənaye kompleksi nəzərə alınmadan faktiki olaraq “sıfıra endirilib”.
Eyni zamanda, Rusiya öz sənayesini inkişaf etdirmək əvəzinə, getdikcə daha çox Çinin idxalından asılıdır.
Bu arada hərbi istehsal artmaqdadır, Rusiya ayda 250 minə qədər mərmi istehsal edir və 2025-ci il üçün müdafiə büdcəsini daha 25 faiz artırır.
İşçi çatışmazlığı, artan ərzaq qiymətləri və kartof qıtlığı fonunda iqtisadi perspektiv qaranlıq olaraq qalır.
Cəbhədə mümkün uğur belə, çətin ki, iqtisadiyyatı tez sabitləşdirsin, xüsusən də ABŞ-ın yeni sanksiyaları təhlükəsini nəzərə alsaq...
Əli Babayev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.