EN

Qərb Ukraynaya silah tədarükünü bərpa etdi

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin öz ərazisində silah tədarükünü və istehsalını artırmaq üçün tərəfdaşlarla əməkdaşlıq etdiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, Zelenski bu barədə xalqa videomüraciətində danışıb.

"Artıq yaxşı razılaşmalar var. Biz daha çox razılaşmalar gözləyirik, qarşıdakı həftələrdə bunun üçün çalışacağıq. Həqiqətən daha çox qüvvə, daha çox resurs, hava hücumundan maksimum müdafiə, daha çox hava hücumundan müdafiə sistemi əldə edə bilmək üçün hər bir razılaşmanı mümkün qədər tez həyata keçirmək vacibdir. Bu, əsas prioritetdir", - deyə Zelenski bildirib.

O əlavə edib ki, Ukrayna Avropadakı müttəfiqlərindən və ABŞ-dan müsbət siqnallar alıb. Prezidentin sözlərinə görə, əldə olunan məlumatlar silah tədarükünün artıq bərpa olunduğunu göstərir.

Milli.Az

Chosen
25
8
milli.az

10Sources