EN

KİV: Aİ Rusiyaya qarşı neft sanksiyalarının yeni formatını nəzərdən keçirir

BAKI. 12 iyul. TELEQRAF

Avropa İttifaqı (Aİ) Rusiya neftinin qiymət tavanını dünyanın bazar qiymətlərinə bağlaya bilər.

Teleqraf “Bloomberg”ə istinadən xəbər verir ki, bu variant hazırlanmaqda olan 18-ci sanksiyalar paketində nəzərdən keçirilir.

Nəşrin məlumatlı mənbələrinin sözlərinə görə, təklif bazar qiymətindən 15% aşağı olacaq və hər üç aydan bir yenidən nəzərdən keçiriləcək üzən qiymət tavanının müəyyən edilməsini nəzərdə tutur. Lakin bu yolda ilk mərhələ tavanın hazırkı 60 dollardan 50 dollara qədər endirilməsi olmalıdır.

İndiyə qədər Rusiya neftinin qiymət tavanının aşağı salınması ideyasına iqtisadiyyatı əsasən dəniz daşımalarından asılı olan Yunanıstan, Malta və Kipr müqavimət göstərirdi. Lakin mənbələrin sözlərinə görə, onlar yeni təklifə açıqdır.

“Bloomberg” qeyd edir ki, Rusiya neftinin qiymət tavanı əvvəllər dəfələrlə tənqid edilib, çünki bu sanksiya növü praktikada faktiki olaraq həyata keçirilmir. Buna baxmayaraq, Avropa bu norma əsasında Rusiyanın neft ixracı infrastrukturuna qarşı əlavə sanksiyalar tətbiq edib.

İnsayderlərin məlumatına görə, Rusiya nefti üçün yeni üzən qiymət tavanı hələ tam razılaşdırılmayıb. Lakin bu, hazırda Slovakiya tərəfindən bloklanmış Aİ-nin 18-ci sanksiyalar paketinin bir hissəsi kimi nəzərdən keçirilir.

Həmçinin, Rusiya nefti üçün gələcək qiymət tavanının səviyyəsi əhəmiyyətli dərəcədə ABŞ-nin mövqeyindən asılı olacaq. İndiyə qədər Donald Tramp Rusiyanın Ukraynadakı müharibəni maliyyələşdirmək qabiliyyətini məhdudlaşdırmaq istəyi nümayiş etdirməyib.

Chosen
11
teleqraf.com

1Sources