“Sea Breeze” layihəsinin rəhbəri, məşhur iş və sənət adamı Emin Ağalarov kameralar qarşısında çıxış edərək vacib açıqlamalar verib.
Publika.az Musavat.com-a istinadla xəbər verir ki, o, artıq ekoloqlardan ibarət xüsusi bir komanda yaradıldığını bildirib.
"Həmin komandanın rəhbərliyinə tanınmış müstəqil ekoloq, professor Firuzə xanımı gətirib: "O mənim məsləhətçimdir və mən onun təqdimatlarını nəzərə alacam".
Emin Ağalarovun sözlərinə görə, bu komandanın vasitəsilə, eləcə də yerli əhali ilə – yəqin ki, söhbət Nardaran sakinlərindən gedir – birgə məsləhətləşmələr nəticəsində ətraf mühitin vəziyyəti ilə bağlı analizlər və tədqiqatlar aparılacaq. Bununla yanaşı, dünyanın aparıcı ekoloji qurumları ilə də məsləhətləşmələr həyata keçiriləcək.