EN

"Napoli" Osimhen üçün "Qalatasaray"ın təklifini qəbul etmədi

Bakı. Trend:

"Napoli" Viktor Osimheni 70 milyon avroya satmayıb.

Trend xəbər verir ki,Fabritsio Romanonun məlumatına görə, Neapol klubu bu gün"Qalatasaray" tərəfindən göndərilən yeni rəsmi təklifi rədd edib.Türkiyə klubu 70 milyon avro təklif edib və ödənişə zəmanət üçünbank sənədlərini də təqdim edib.

Lakin "Napoli"nin prezidenti Aureljo De Laurentiis hücumçu üçün75 milyon avro istəyir və İstanbul klubunun şərtlərini qəbuletməyib.

Qeyd edək ki, Osimhen ötən mövsüm icarə əsasında "Qalatasaray"daçıxış edib və Türkiyə çempionatında 30 oyunda 26 qol vurub və 5məhsuldar ötürmə verib.

Chosen
10
4
az.trend.az

5Sources