EN

Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür “The Telegraph”

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiya Prezidenti Vladimir Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür.

"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın istefada olan polkovniki Hamiş de Bretton-Qordon “The Telegraph” nəşrinə bildirib.

Britaniyalı qeyd edib, Putin nəhayət ki, Ukrayna Silahlı Qüvvələrinin müqavimətini qırmaq istəyir.

"Onlar bu ssenarini ciddi şəkildə nəzərdən keçirirlər", - keçmiş polkovnik deyib.

O əlavə edib ki, Paris və London nüvə ittifaqı yaradıblar və yəqin ki, Moskvaya mümkün cavab barədə siqnal göndərirlər.

Bundan əvvəl AEBA-nın baş direktoru Rafael Qrossi bəyan edib ki, Ukrayna 1990-cı illərdə nüvə silahından imtina etməsəydi, müstəqil dövlət kimi mövcud olmayacaqdı.

Qrossi xatırladıb ki, 1991-ci ildə Ukrayna müstəqillik qazananda dünyada üçüncü ən böyük nüvə arsenalına malik olub. Üç il sonra Ukraynanın nüvə silahları Rusiyaya verildi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
5
2
azpolitika.info

4Sources