EN

BMT-nin Fələstin üzrə konfransı 28-30 iyulda keçiriləcək

BAKI, 12 iyul. TELEQRAF

BMT-nin Yaxın Şərq üzrə yüksək səviyyəli beynəlxalq konfransı iyulun 28-dən 30-dək təşkilatın Nyu-Yorkda yerləşən mənzil-qərargahında keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Baş Assambleyanın 79-cu sessiyası sədrinin rəsmi nümayəndəsi Şeron Birç bildirib.

“Tədbir İsrail və İran arasında münaqişə səbəbindən təxirə salınıb. Konfrans 28-30 iyul tarixlərində keçiriləcək”, - o deyib.

Xatırladaq ki, iyunun 17-dən 20-dək Səudiyyə Ərəbistanı və Fransa BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İsrail-Fələstin münaqişəsinin iki dövlətli həllinə nail olmaq üçün qlobal səyləri inkişafına yönəlmiş yüksək səviyyəli konfrans təşkil etməli idilər. İyunun 13-də İsrail və İran arasında silahlı münaqişənin başlaması fonunda Fransa Prezidenti Emmanuel Makron tədbirin logistika və təhlükəsizlik məsələləri səbəbindən təxirə salındığını elan etmişdi.

Qeyd edək ki, ümumilikdə Fələstini BMT-nin 148 üzvü tanıyır. 95 ölkədə Fələstinin səfirlikləri və daimi nümayəndəlikləri fəaliyyət göstərir.

"İki xalq üçün iki dövlət" prinsipi 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olan və İsraillə sülh şəraitində yanaşı yaşayan müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutur.

Chosen
20
4
teleqraf.com

10Sources