Azərbaycan Basketbol Liqasında (ABL) çıxış edən "Neftçi" İK və "Abşeron Lions" tarixlərində ilk dəfə Avropa basketbol səhnəsində yer alacaqlar.
Sportinfo.az xəbər verir ki, "Neftçi" İK FİBA Avropa Kubokunun 2025/2026-cı illər müntəzəm mövsümündə, "Abşeron Lions" isə təsnifat mərhələsində çıxış edəcək.