EN

Bu ölkə Rusiyaya görə qırıcılarını havaya qaldırdı

Polşa qırıcı təyyarələrini Rusiyanın Ukraynadakı fəaliyyətinə görə havaya qaldırıb.

Axar.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin bölmələrinin operativ komandanlığı X hesabında yazıb.

Qeyd olunub ki, əməliyyat komandiri ixtiyarında olan bütün qüvvə və vasitələrin işə salınması barədə göstəriş verib. Bundan əlavə, yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

"Silahlı qüvvələrin operativ komandanlığı mövcud vəziyyətə nəzarət edir, tabeli qüvvələr və vasitələr dərhal cavab tədbirləri üçün tam hazır vəziyyətdədir", - məlumatda bildirilib.

Chosen
3
10
axar.az

10Sources