BAKI, 12 İyul. TELEQRAF
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, iyulun 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 qumbara, 6 alışdırıcı, 7 tüfəng, 5 patron darağı və 923 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.