EN

Hələlik heç bir təklif almayıb - “Real”ın hücumçusu

“Real”ın hücumçusu Vinisius Junior klub rəhbərliyindən əməkdaşlığın müddətinin uzadılması ilə bağlı hələlik heç bir təklif almayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “El Chiringuito” nəşri məlumat yayıb.

Tərəflər arasında hazırda yeni müqavilə ilə bağlı danışıqlar aparılmır. Braziliyalı futbolçunun “kral klubu” ilə hazırkı sözləşməsinin müddəti 2027-ci ilin yayına qədərdir.

24 yaşlı forvardın transfer dəyəri “transfermarkt” portalı tərəfindən 170 milyon avro qiymətləndirilir. O, son La Liqa mövsümündə “Real”n heyətində 30 oyuna çıxıb, 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
24
1
sportinfo.az

10Sources