Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu marşrutunun tam istifadəyə verilməsi üçün birgə səyləri müzakirə ediblər.
Viral.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə danışıqların yekunlarına dair “X” sosial şəbəkəsində məlumat verib.
“Ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın hazırkı səviyyəsini və perspektivlərini, həmçinin BTQ layihəsinin tam işə salınması üçün birgə səyləri müzakirə etdik”, – R. Nəbiyev qeyd edib.
Son Yazılar:
- Azərbaycan və Gürcüstan BTQ layihəsi çərçivəsində birgə səyləri müzakirə edib
- Rusiyadan Ukraynanın Çernovtsı vilayətinə bomba: 2 ölü
- Ötən gün ölkə üzrə 45 cinayət faktı qeydə alınıb: 50 nəfər saxlanılıb
Nazirin sözlərinə görə, danışıqların gündəliyində avtomobil nəqliyyatı sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, İKT, rəqəmsal transformasiya, süni intellekt və innovasiya sahələrində potensial əməkdaşlıq məsələləri də yer alıb.