EN

Azərbaycan və Gürcüstan arasında arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı, 12 iyul, AZƏRTAC

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüş keçirib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimiz arasında nəqliyyat sahəsində mövcud əməkdaşlıq və gələcək perspektivlər, BTQ dəmir yolu layihəsinin tam fəaliyyətə başlaması üçün görüləcək işlər, avtomobil nəqliyyatı sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi məsələləri müzakirə edilib.

Eyni zamanda, İKT, rəqəmsal transformasiya, süni intellekt və innovasiya sahələrində potensial əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Chosen
74
13
azertag.az

10Sources