EN

Qadın yaşlı qohumlarını aldadıb, 345 min azn pulu əyləncəyə xərclədi

Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Britaniyanın Uelsin Nyupor şəhərində yaşayan 28 yaşlı Lucy Pagenton, onu uşaq yaşlarından böyüdən və öz övladları kimi saxlayan yaşlı qohumları Meri və Frenk Hilyerin həyatını alt-üst edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ev almaq üçün maddi dəstək istəyən qadın, ümumilikdə 150 min funt sterlinq (təxminən 345 690 AZN) məbləğində pul aldıqdan sonra saxta sənədlərlə izini itirib və vəsaiti şəxsi lüks istirahətlərinə xərcləyib.

Kardiff Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində prokuror Tomas Stenvay bildirib ki, Pagenton aldığı pulla beşulduzlu hotellərdə istirahət edib, saxta kimliklərlə bahalı mağazalardan alış-veriş edib. Bank əməliyyatları da pulların planlı şəkildə lüks həyata yönəldiyini təsdiqləyib.

Məlumata görə, Pagenton “Halifax” bankında saxta sənədlər tərtib edib, “Redrow” daşınmaz əmlak şirkəti və digər torpaq qeydiyyat orqanları adından saxta yazışmalar apararaq yaxınlarını uzun müddət aldadıb.

Lucy Pagenton, barəsində irəli sürülmüş 7 maddə üzrə dələduzluq ittihamlarını qəbul edilib və nəticədə o, 4 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin “Cinayət yolu ilə əldə edilmiş gəlirlər” üzrə keçirilən ayrıca iclasda qadının heç bir əmlakı olmadığı müəyyən edildiyindən, ona cəmi 1 funt sterlin (təxminən 2 manat) məbləğində rəmzi cərimə ödənilməsi qərarı çıxarılıb. Məhkəmə həmin məbləğin 28 gün ərzində ödənilməsini tələb edib.

90 yaşlı Meri Hilyer bildirib ki, yaşananlar onun həm fiziki, həm də psixoloji sağlamlığına ciddi zərər vurub. Həyat yoldaşı Frenkin də səhhətində pisləşmə müşahidə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
5
unikal.az

6Sources