EN

Dünya səyyahları Cəbrayılda minatəmizləmə prosesini izləyəcək

Dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun Qarabağ və Şərqi Zəngəzura səfərinin növbəti ünvanı Cəbrayıl olub. Onlar öncə Cəbrayıl şəhərinə gəliblər.

“İki sahil” xəbər verir ki, Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət edən səyyahlar Cəbrayıl şəhər mərkəzində olub. Burada bərpa-quruculuq işləri ilə bağlı məlumat alıblar.

Daha sonra səyyahlar Cəbrayıl rayonu Mehdili kəndində mina təmizləmə işlərinin həyata keçirildiyi ərazidə olacaqlar. Onlara işğal vaxtı torpaqlarımızın minalar və partlamamış hərbi sursatlarla çirkləndirilməsi barədə məlumat veriləcək. Həmçinin səyyahlar minalı sahələrin təmizlənməsi prosesini, ərazidə aşkarlanan minaların zərərsizləşdirilməsini izləyəcəklər.

Qeyd edək ki, 15 ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Charles Veley rəhbərlik edib. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün böyük imkan yaradıb. Qeyd edək ki, son 4 il ərzində dünyanın əsas beynəlxalq səyyahlar klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə beynəlxalq səyyahlar səfər edib. Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 14-cü qrup səfəridir.

Chosen
18
5
ikisahil.az

10Sources