EN

Fəxri Hacıyevin kitabının təqdimatı oldu

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türk Mədəniyyəti və İrsi Fondunun mərkəzi qərargahında Fondun aparat rəhbəri Fəxri Valehoğlu-Hacıyevin müəllifi olduğu “Azərbaycan–Gürcüstan münasibətləri (1918–1922-ci illər): Diplomatik missiyaların fəaliyyəti prizmasından baxış” adlı kitabın təqdimat mərasimi keçirilib.

Bakupost.az xəbər verir ki, tədbir Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın açılış nitqi ilə başlayıb. Təqdimat mərasimində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova qonaqları salamlayaraq Fondun son illərdə həyata keçirdiyi əsas layihələr, beynəlxalq əməkdaşlıq proqramları və yeni təşəbbüslər barədə ətraflı məlumat verib.

O qeyd edib ki, təqdim olunan nəşr yalnız tarixi araşdırma xarakteri daşımır, eyni zamanda xalqlar arasında mədəni körpülərin möhkəmləndirilməsinə xidmət edən dəyərli bir təşəbbüsün göstəricisidir. “Azərbaycan və Gürcüstan əsrlər boyu qarşılıqlı hörmət və strateji tərəfdaşlıq əsasında münasibətlər qurmuşdur,” – deyə Fondun prezidenti vurğulayaraq, iki ölkə arasında diplomatik əlaqələrin araşdırılmasının regionun ortaq mədəni və tarixi irsinin daha dərindən dərk olunmasına şərait yaratdığını bildirib. Çıxışının sonunda professor Raimkulova tədbirdə iştirak edən Azərbaycan diplomatlarını peşə bayramları münasibətilə təbrik edib.

Təqdimatda çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, Azərbaycan Respublikası Milli Məclisin deputatı Rizvan Nəbiyev, AMEA Tarix İnstitutunun direktoru, kitabın elmi redaktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov, Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin rəisi Raman Məmmədov, Azərbaycan Respublikası Müdafiə nazirliyinin rəsmisi Elcan İmamverdiyev, filologiya üzrə elmlər doktoru, professor, Bədirxan Əhmədli, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Solmaz Tohidi-Rüstəmova və professor Asif Hacılı təqdim olunan monoqrafiyanı yüksək dəyərləndirərək onun Azərbaycan və ümumilikdə Türk tarixşünaslığına mühüm töhfə olduğunu vurğulayıblar.

Eyni zamanda, Azərbaycan diplomatiya irsinə göstərdiyi diqqət və dəstəyə görə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovaya təşəkkürlərini ifadə ediblər. Çıxışlarda bu istiqamətdə elmi fəaliyyətin gələcəkdə də davam etdirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Tədbirdə, həmçinin, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dövlət rəsmiləri, elm, mədəniyyət və ictimai-siyasi xadimlər və media təmsilçiləri iştirak ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
www.bakupost.az

2Sources