"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo İrfan Can Kahvecini heyətdə düşünmür.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis türkiyəli futbolçunun oyun stilinin ağır olduğunu düşünür və onun yerinə daha sürətli oyunçu istəyir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İrfan 2021-ci ilin yanvarından "Fənərbağça"da çıxış edir. 29 yaşlı futbolçu "sarı-lacıvərdlilər"in heyətində 171 oyuna çıxıb, 32 qol vurub və 31 məhsuldar ötürmə edib.

Onun klubla 2028-ci ilin yayına qədər müqaviləsi var.