EN

Sosial evləri varlılar alıb, kasıblara kirayə verir?

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

İnsanların ən çox tələbatı olan ev, sosial ehtiyaclardan biridir. 

Ev almaq üçün insanlar müxtəlif vasitələrdən istifadə edirlər. Hətta bütün ömür boyu ev almaq üçün çalışan insanlar var.

Ev almağın yollarından biri də iporeka kreditidir. Ancaq kredit faizlərinin çox olması da vətəndaşların qarşısında bir sədd yaradır.   

Qonşu Türkiyədə də ev almaq istəyənlər kredit faizlərini izləyirlər və banklarda faiz dərəcələri pik səviyyələrindən aşağı düşməyə başlayıb. 

Belə ki, daha bir bank faiz dərəcəsini aşağı salıb. Son həftələrdə bir bank ipoteka faiz dərəcəsini 2,95 %-dən 2,89 %-ə endirib.

Digər banklar isə ümumiyyətlə 3 %-dən yuxarı idi. Bu həftə daha bir özəl bank ipoteka faizlərini aşağı salıb. Bankda kredit faizləri 2,99 %-ə düşüb.

Daşınmaz əmlak sahəsində ipoteka satışlarına ümumi satışların faizi kimi baxdıqda satışların 15 %-ə qədər düşdüyü müşahidə edilir. Ən əhəmiyyətli problem yeni ev satışıdır. Yeni ev satışlarının faizi ümumi ev satışlarının 30 %-nə düşüb.

Azərbaycanda da evsiz insanların sayı kifayət qədərdir. Ancaq bu gün mövcud kredit faizləri onların ev almaq istəyini reallaşdırmağa imkan vermir.

Bu istiqamətdə banklar kredit faizini azalda bilərmi?   

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov "Cebheinfo.az"-a bildirib ki, Azərbaycanda ipoteka faizi İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 8 faizlə verilir:

"Sosial ipotekada 4 faizdir. Buna baxmayaraq, Azərbaycanda əsas olan faiz problemi deyil. Bu faizlə belə, bizdə vəsait çatmır. Hər il İpoteka və Zəmanət Fondu banklara vəsait ayırır.

Müraciət edən vətəndaşlar da bu faizi ödəməyə hazırdır, sadəcə vəsait çatmır. Onsuzda hamı ala bilməyəcək. Azərbaycan xalqının 90 faizinə faizsiz kredit verilsə belə, o ipoteka kreditini ödəməyə qadir deyil. 

Çünki onun o qədər pulun yoxdur. Real gəlirləri azdır, xərcləri çoxdur. Bu baxımdan bizdə problem faiz məsələsi deyil. Bizdə birinci problem odur ki, vəsait çatmır, ikinci problem isə odur ki, onsuzda insanların ödəniş qabiliyyəti yoxdur.

Etiraf etmək lazımdır ki, Türkiyədə azad bazar iqtisadiyyatı var. 

İnsanların qazancı var. Bizdə isə əksinədir, bu şərait yoxdur".

Nigar Abdullayeva

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
1
cebheinfo.az

2Sources