EN

Ərdoğan: Tarixin yeni səhifəsi üçün PKK silahlarını təslim edir

“47 illik terror dövrü sona yaxınlaşır”.

Turkustan.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü keçirilən silahların təhvil verilməsi mərasimindən sonra Kürdüstan Fəhlə Partiyasının (PKK) silahlı fəaliyyətinin son mərhələyə keçdiyini bəyan edib. O, bu addımı ölkədə 47 illik terror dövrünün başa çatması üçün tarixi fürsət kimi qiymətləndirib.

“PKK daha əvvəl dağılmaq qərarı verdiyini açıqlamışdı. Bu qərarın bir hissəsi olaraq, cümə günü İraqın şimalında təşkil edilən mərasimdə silah yerə qoyuldu. Əziz millətim, dünən 47 illik terror dövrü son mərhələsinə qədəm qoydu. Bu gün yeni bir gündür, tariximizdə yeni bir səhifə açılır. Türkiyənin böyük qapısı açıqdır,” – deyə Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının üzvlərinə müraciətində bildirib.

Prezident vurğulayıb ki, bu yeni dövrdə problemlərin güc yolu ilə deyil, dialoq vasitəsilə həll olunacağına inanır:
“Əgər probleminiz varsa, silahsız, zorakılıqsız, terrorsuz oturub danışacağıq. Ələvi qardaşlarım, kürd qardaşlarım – əgər problem varsa, onu birlikdə, dialoq yolu ilə həll edəcəyik. Böyük türk evimizə sülh gələcək, bütün maneələri aşaraq gələcəyə baxacağıq.”

Ərdoğan əlavə edib ki, bu proses yalnız Türkiyə üçün deyil, bölgə ölkələri üçün də önəmli əhəmiyyət daşıyır.
“İraq və Suriyadakı kürd əhalisinin problemləri bizi də birbaşa maraqlandırır. Biz bu mövzuları onlarla daima müzakirə edirik. Onlar da bu barış prosesinin başlanmasından böyük məmnunluq duyurlar. Türkiyədə atılan bu addımlar, xüsusilə də dünənki inkişaflar, İraqda dərin və müsbət əks-səda doğurub,” – deyə Türkiyə lideri bildirib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
26
4
turkustan.az

10Sources