ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
“47 ildir davam edən terror bəlası sona çatma prosesinə daxil olub”.
Modern.az xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan deyib."47 ildir davam edən terror bəlası dünəndən etibarən, inşallah, sona çatma prosesinə girdi. Axan qanı dayandıracaq, anaların göz yaşlarını durduracaq, iztirabları yüngülləşdirəcək, qardaşlığı gücləndirəcək hər təşəbbüsü yaxından izləyirik”.Ərdoğan bildirib ki, bu gün dünyaya qüdrətli bir Türkiyəsinin qapıları açılır.
Prezident Ərdoğan daha sonra deyib: "İttifaq ortağımız MHP sədri Bahçelinin və komandasının millətçiliyini, vətənpərvərliyini, Türkiyə sevgisini şübhə altına almaq heç kimin haqqı deyil. Mənim və ya AK Partiya komandasının milliyyətçiliyini, vətənpərvərliyini, Türkiyə sevgisini heç kim şübhə altına ala bilməz”.Ərdoğan deyib ki, terror təşkilatının silahı yerə qoymasından Türkiyə qazandı, türk milləti qazandı.“86 milyonluq türk, kürd, ərəb vətəndaşımızın hər biri qalib gəldi. Türkiyə Cümhuriyyəti bu gün ucadır, dünənkindən daha qüdrətlidir, əzəmətlidir, ən əsası da gələcəyi üçün çox ümidlidir. Türkiyə ay-ulduzlu bayrağımızla bəzədilməlidir”.
Prezident Ərdoğan "türk, kürd, ərəb birdirsə, birlik var, bölünəndə, məğlubiyyət, zillət, kədər var" deyib.Dövlət başçısı qeyd edib ki, Türkiyə Böyük Millət Məclisində komissiya yaradıb PKK-nın silahı buraxma prosesinin qanuni tələblərini müzakirə etməyə başlayacaqlar.“41 il terrorçu baronlar, qanla qidalananlar - türklərə, kürdlərə qarşı olanlar qalib gəlib. Biz bu çirkin oyunu pozub alt-üst etdik”.
Prezident Ərdoğan "yalnız kürd vətəndaşlarımızın deyil, İraq və Suriyadakı kürd qardaşlarımın da məsələsi bizim məsələmizdir. Onlarla bu prosesi müzakirə edirik və onlar çox xoşbəxtdirlər. Kürd qardaşınız və bacınız varsa, oturub danışarıq. Ələvi qardaş və ya bacınızla probleminiz varsa, bunu dialoq yolu ilə həll edəcəyik, danışıqlarımıza davam edəcəyik. Suriya hökuməti və beynəlxalq tərəfdaşlarımızla orada terror kitabının bağlanacağına və qardaşlığın qalib gələcəyinə ürəkdən inanıram”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.